İyun 02, 2025 13:51 Asia/Baku
  • İspaniya Cənubi Afrikanın sionistlərə qarşı şikayətinə qoşulub

İspaniyanın xarici işlər naziri bildirib ki, bu ölkə rəsmi olaraq, Cənubi Afrikanın sionist rejimə qarşı şikayətinə qoşulur və insan haqlarının pozulması səbəbindən rejimlə əməkdaşlıq müqaviləsinin dayandırılmasını tələb edir.

İspaniyanın xarici işlər naziri Xoze Manuel Albares deyib: "Qəzzədə soyqırım ehtimalının araşdırılmasını dəstəkləyirik və rəsmi olaraq Cənubi Afrikanın sionist rejimə qarşı şikayətinə qoşuluruq və insan haqlarının pozulması səbəbindən İsraillə əməkdaşlıq müqaviləsinin dayandırılmasını tələb edirik". 

O, əlavə edib: "Biz paytaxtı Şərqi Qüds olan vahid Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik". 

Bu elə bir haldadır ki, indiyə kimi İrlandiya, Çili, Misir, Kuba və Türkiyə də daxil olmaqla bir neçə ölkə Cənubi Afrikanın Qüds işğalçılarının cinayətlərinə qarşı Birləşmiş Millətlər Təşkilatının Ali Məhkəməsinə verdiyi şikayətə qoşulub.