İraqçı Kallasa xəbərdarlıq: Avropanın yanlış mövqeləri diplomatiya yolunu çətinləşdirir
İranın xarici işlər naziri Seyid Abbas İraqçi Avropa Birliyinin xarici siyasət rəhbəri ilə telefon danışığında Avropa ölkələrinin sionist rejim və ABŞ-ın İrana təcavüzü və İranın nüvə proqramı ilə bağlı yanaşmasını tənqid edib və vurğulayın ki, yanlış mövqelər diplomatik prosesi çətinləşdirir
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçi çərşənbə axşamı günorta Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Kaya Kallas ilə telefon danışığında 12 günlük müharibəni müzakirə edib.İraqçi bu söhbətdə bəzi tərəflərin sionist rejimin pozuntuları və cinayətləri qarşısında güzəştə getməsinin təsir və nəticələrinə işarə edərək, bu rejim və ABŞ-ın İrana qarşı hərbi təcavüzünü pisləmək üçün bütün hökumətlərin məsuliyyətini vurğulayıb və qeyd edib ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına və sionist rejimin törətdiyi cinayətlərə üstüörtülü və ya açıq şəkildə haqq qazandıran hər hansı bəyanatlar bu cinayətlərdə şəriklik və əlbir olmaq hesab olunur”.İranın xarici işlər naziri İsrail rejimi və Amerikanın hərbi təcavüzü qarşısında İran xalqının öz ərazi bütövlüyü və milli təhlükəsizliyini qətiyyətlə müdafiə etməsini xatırladıb, İran vətəndaşlarının öldürülməsi ilə yanaşı, İranın dinc nüvə obyektlərinə qarşı aqressiv hərəkəti diplomatiyaya, nüvə silahının yayılmaması rejiminə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə misli görünməmiş zərbə kimi qiymətləndirib.İraqçi vurğulayıb ki, İran İslam Respublikası Silahlı Qüvvələri İran xalqını hər cür şər hərəkət qarşısında müdafiə etməyə tam hazırdır.Öz növbəsində Avropa İttifaqının xarici siyasət rəhbəri xanım Kaya Kallas da bu telefon danışığında İranın nüvə silahı istehsal etmək üçün nüvə proqramını genişləndirməsinə dair heç bir sübut olmadığını təsdiqləyib.O, həmçinin İranın nüvə probleminin diplomatik həllinin tapılmasının və gərginliyin azaldılması və regionda sabitliyin bərqərar edilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıb.