İyul 05, 2025 17:23 Asia/Baku
  • Çin ABŞ neftini İran nefti ilə əvəz etdi

ABŞ-ın Çinə neft ixracatı ciddi böhranla üzləşib və ardıcıl üş ay olaraq, sıfıra çatıb. ABŞ-ın Statistika İdarəsinin məlumatına görə, Çin son üç ay ərzində ABŞ-dan heç bir xam neft almayıb.

Bu tənəzzül Vaşinqton və Pekin arasında davam edən ticarət gərginliyi fonunda baş verib və ABŞ-ın ümumi xam neft ixracını iki ildən çox müddətdə ən aşağı səviyyəyə çatdırıb. 

Qarşı tərəfdə, Tramp administrasiyası ABŞ-ın Çinə etan ixracına qoyulan lisenziya məhdudiyyətlərini ləğv edib.

2024-cü ildə ABŞ-ın bütün etan ixracının 47 faizi Çinin payına düşürdü. Amma bu məhsul ABŞ-ın Çinə enerji ixracatının ümumi dəyərinin təkcə iki faizini təşkil edir və nefti əvəz etmir. 

Çin, İran və Rusiyadan neft idxalını artırmaqla ABŞ neftinin boşluğunu doldurub.