İyul 11, 2025 12:12 Asia/Baku
  • İsrail Qəzzədə əsrin ən böyük soyqırımını törədir

İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqını İsrailin Qəzzə zolağında apardığı hərbi əməliyyatları dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Qəzzədə baş verənləri əsrin şahidi olduğu ən böyük soyqırımı adlandıran Sançes İspaniya parlamentindəki çıxışında əlavə edib: “İsrailin Qəzzədə apardığı əməliyyatlar "21-ci əsrin ən qaranlıq fəsillərindən biri" kimi tarixə düşəcək”.

O, İsrailin Aİ-nin təsis prinsiplərini pozduğu üçün Avropa İttifaqının İsraillə assosiasiya sazişinin dayandırılmasını rəsmi şəkildə tələb etdiyini açıqlayıb.

2000-ci ildən qüvvədə olan Aİ-İsrail assosiasiya sazişinə əsasən, münasibətlər “insan hüquqlarına və demokratik prinsiplərə hörmət əsasında qurulmalıdır”.

Qeyd edək ki, Sançes həmişə Fələstin dövlətinin tanınmasında israr edib və İsrailin Qəzzədə apardığı müharibəyə qarşı daha güclü beynəlxalq tədbirlər görməyə çağırıb.

Oktyabr ayında o, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti İsrailə silah satışını dayandırmağa çağırdı, İspaniyanın özü 2023-cü ildə bu addımı atdı.