Sen 03, 2025 14:26 Asia/Baku
  • “Avropanın istənilən nöqtəsini vura bilərlər”

NATO-nun baş katibi xəbərdarlıq edib ki, müasir Rusiya raketləri bir neçə dəqiqə ərzində Avropanın istənilən nöqtəsini vura bilər.

Almaniyanın Vuerzburq şəhərində icraiyyə komitəsinin iclası çərçivəsində çıxışı zamanı Mark Rutte deyib: “Müttəfiqlər sadəcə olaraq Rusiya ilə birbaşa coğrafi yaxınlıqda olmadıqları üçün özlərini təhlükəsiz hiss edə bilməzlər, çünki müasir raket texnologiyaları dövründə məsafənin əhəmiyyəti yoxdur”.

Rutte, Rusiya təhlükəsinin hər gün artdığını və təkcə Rusiya ilə həmsərhəd dövlətləri deyil, bütün Avropanı narahat etdiyini vurğulayıb.

O deyib: “Gəlin bu məsələdə sadəlövh olmayaq. Bu, bir gün Lüksemburqa və mənim ölkəm Hollandiyaya aid ola bilər. Hal-hazırda biz təhlükəsiz olduğumuzu, Rusiyadan uzaq olduğumuzu düşünürük, amma reallıqda biz çox yaxınıq - xüsusən də Rusiyanın ən son raket texnologiyaları kontekstində”.