Tramp ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdirib
https://azeri.sahartv.ir/news/dünya-i421482-tramp_abŞ_müdafiə_nazirliyinin_adını_müharibə_nazirliyinə_dəyişdirib
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hərbi gücünü nümayiş etdirmək ssenarisinin davamı olaraq, ölkənin Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi”nə dəyişdirilməsi haqqında sərəncam imzalayıb, halbuki, bir qurumun adının rəsmi şəkildə dəyişdirilməsi Konqresin təsdiqini tələb edir.
(last modified 2025-09-06T08:40:13+00:00 )
Sen 06, 2025 12:38 Asia/Baku
  • Tramp ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdirib

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hərbi gücünü nümayiş etdirmək ssenarisinin davamı olaraq, ölkənin Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi”nə dəyişdirilməsi haqqında sərəncam imzalayıb, halbuki, bir qurumun adının rəsmi şəkildə dəyişdirilməsi Konqresin təsdiqini tələb edir.

Tramp sərəncamı imzalamazdan əvvəl Ağ Evdən canlı yayımlanan açıqlamada deyib: "Düşünürəm ki, bu, xüsusilə də dünyanın indiki vəziyyətini nəzərə alsaq, daha uyğun bir addır. Biz dünyanın ən güclü ordusuna sahibik".

O, ikinci prezidentıiyi dövründə sonsuz müharibələr axtarmadığını iddia etməsinə baxmayaraq, iddia edib ki, bu ad dəyişikliyinin mesajı düşmənlər üzərində qələbə mesajıdır. Amerika çox güclüdür, başqalarının həqiqətən dərk edə biləcəyindən daha güclüdür.