Sen 14, 2025 13:02 Asia/Baku
  • “Rusiya ilə münaqişə Almaniyaya vücudi təhlükə yaradacaq”

Almaniyalı siyasətçi xəbərdarlıq edib ki, Rusiya ilə münaqişə Almaniyanın sonu olacaq.

Səbəb və Ədalət Partiyasının lideri Sara Vaqenknext Berlində Ukraynaya silah tədarükü və İsrailin Qəzzə zolağındakı hərbi əməliyyatına qarşı keçirilən mitinqdə deyib: “Rusiya ilə münaqişə baş verərsə, Almaniya əsas döyüş meydanına çevriləcək və mövcudluğuna son qoyulacaqdır”.

Siyasətçi əlavə edib ki, daha çox hərbçi, daha çox pilotsuz təyyarə, daha çox tank əldə etməklə nüvə gücünə ciddi şəkildə müqavimət göstərmək mümkün olmayacaq.

Partiya lideri xəbərdarlıq edib ki, nüvə müharibəsi baş verərsə, bu, Almaniyanın əsas şəhərlərinin sonu olacaq, Almaniyanın sonu olacaq, ailələrin sonu olacaq.