Avropalılar dünya nizamının dəyişməsindən narahatdırlar
Kaya Kallas: Özümüzü kök və çubuq yanaşması ilə müdafiə etməliyik!
Avropa İttifaqının xarici siyasət rəhbəri yaşıl qitənin maraqlarını kök və çubuq yanaşması ilə müdafiə etməyin zəruri olduğunu bildirib.
Xanım Kaya Kallas Almaniyanın RND mediasına müsahibəsində deyib: “Çin, Rusiya, Şimali Koreya və Belarus dünya nizamını dəyişir və bu məni çox narahat edir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu yaxınlarda keçirilən sammitinə baxın - Çin, Rusiya, Şimali Koreya və Belarus. Bu dövlətlər gücün meyar olduğu nizama qayıtmaq istəyirlər”.
Aİ-nin baş diplomatı vurğulayıb ki, belə bir şərasitdə əgər avropalılar daha sürətli qərarlar qəbul etsələr, etibarlı geosiyasi oyunçu kimi öz maraqlarını kök və çubuq yanaşması ilə qoruya biləcəkdir.
Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində ŞƏT sammiti keçirilib. İclasda 20-dən çox ölkənin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin, eləcə də 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Sammitin yekunları üzrə 15 əməkdaşlıq sənədi imzalanıb.