Sen 15, 2025 10:39 Asia/Baku
  • Fələstinlilər artıq Netanyahunu məğlub ediblər

Rusiyalı köşə yazarı Netanyahu rejiminin Qətərdə HƏMAS liderlərinin öldürülməsinə nail ola bilməməsini onun məğlubiyyəti kimi qiymətləndirib.

Petr Akopov Ria-Novosti Xəbər Agentliyindəki köşə yazısında bildirir: “Fələstinli siyasətçilər öldürülsəydi belə, İsrail üçün nəticələr indiki kimi olacaqdı. Dohaya zərbənin endirilməsi faktının özü bütün dünya üçün səbir kasasını daşıran son damla oldu – müzakirə aparanları öldürmək cəhdi nəhayət, İsraili tamamilə etibarsız müzakirə tərəfinə çevirdi. Bu, şübhəsiz ki, Təl-Əvivin daha da təcrid olunması ilə nəticələnəcək. Üstəlik, hadisələr sürətlənməyə başlayır və Netanyahu artıq buna qarşı çıxa bilmir”.

Müəllif hesab edir ki, ərəblərin görəcəyi əsas iş Avropa və ABŞ-a, yəni İsrailin həqiqətən asılı olduğu dövlətlərə təzyiqləri artırmaqdır. Avropa artıq sanksiyalar tətbiq etməyə hazırdır - bəli, simvolik, lakin ondan əvvəl, demək olar ki, iki ilə yaxındır, Avropa İttifaqı buna belə cəsarət etmirdi. Və bu həftə Ursula von der Leyen qəfildən bütün dünyanın Qəzzədə baş verənlərdən necə şoka düşdüyü və bunun dayandırılması haqqında danışmağa başladı.

Rusiyalı jurnalistin yazdığına görə, elə Avropa ölkələri vardır ki, birbaşa Netanyahunu soyqırımda ittiham edir, Avropada ictimai rəy açıq şəkildə İsrailin əleyhinədir.