Tramp:
Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt deyil
ABŞ prezidenti Donald Tramp Rusiyadan neft almağa davam etdiklərinə görə Avropa ölkələrini tənqid atəşinə tutaraq, onların Moskvaya qarşı sanksiyalarının kifayət qədər sərt olmadığını iddia edib.
Tramp Nyu Cersidə Morristown Hərbi Hava Hava Bazasında təyyarəsinə minməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Rusiyaya qarşı enerji və neft sanksiyaları ilə bağlı dedyib: "Avropa ölkələri Moskvadan enerji almamalıdırlar. Şimali Atlantika Alyansı NATO üzvləri işlərini düzgün yerinə yetirmirlər, onlar birləşərək, bu haqda tədbir görməlidirlər".
ABŞ prezidenti davamında bəzi Avropa ölkələrinin Rusiya qazını almağa davam etdiyinə toxunaraq, deyib: "İstər təbii qaz olsun, istər siqaret mənim üçün fərqi yoxdur və onlar Rusiyadan heç nə almamalıdırlar”.
O, həmçinin ABŞ-ın sabiq prezidenti Co Baydenin Ukrayna müharibəsinə 350 milyard dollar xərclədiyini bildirərək, əlavə edib: "Mən heç nə xərcləməmişəm. Əksinə biz NATO-ya silah satıb pul qazandıq. Amma mən qətli dayandırmaq istəyirəm".
Tramp söhbətlərinin başqa bir hissəsində Qətərdə HƏMAS liderlərinə edilən hücumla bağlı sionist rejimin baş naziri Binyamin Netanyahuya mesajı ilə bağlı müxbirin sualına cavab olaraq, deyib: “Mənim mesajım odur ki, İsrail Qətərlə bağlı hərəkətlərində son dərəcə diqqətli olmalıdır, çünki Qətər həmişə ABŞ üçün böyük müttəfiq olub”.
ABŞ prezidenti Venesuela ərazisinə hərbi hücumun mümkünlüyü ilə bağlı suala isə belə cavab verib: “Görək nə olacaq”.
Tramp daha sonra Venesuelanın narkotik ticarəti ilə məşğul olan dəstələr təşkil etdiyini və ABŞ-a narkotik göndərdiyini iddia edərək, bunun, qəbuledilməz olduğunu vurğulayıb.