İspaniyadan möhtəşəm addım; İsrail ilə silah müqaviləsi ləğv olundu
Azərbaycan da belə addımı atacaqmı? - TƏHLİL
Qeyri-müsəlman ölkəsi olan İspaniya xunta İsrail rejimi ilə silah müqaviləsini ləğv edib, bəs görəsən müsəlman ölkəsi – Azərbaycan Respublikası da analoji addımı atacaqdırmı?
İspaniya bir neçə İsrail şirkəti ilə silah müqavilələrini ləğv edib və ya dayandırıb.
Məlumatda bildirilir ki, İspaniya hökuməti sionist rerjimin “Elbit” şirkəti ilə imzalanmış 700 milyon avroluq PULS raket sistemi müqaviləsini ləğv edib.
Bu, İsrail ilə bir ay ərzində dayandırılan ikinci silah müqaviləsidir. Daha əvvəl “Rafael” şirkətinin 270 milyon avroluq “Spike” raket müqaviləsi də ləğv olunmuşdu.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında imzalanmış PULS müqaviləsi 12 buraxılış qurğusu, radarlar, PUA-lar və dəstək texnikasını əhatə edirdi və həmçinin yerli istehsalın təşkili nəzərdə tutulurdu.
Sionist İsrailin fələstinlilələrə qarşı törətdiyi soyqırımı ilə bağlı İspaniyanın bu təqtirə layiq addımından sonra təbii ki, Azərbaycan Respublikasının da oxşar addımı atması dünya ictimaiyyətinin tələbinə çevrilməkdədir.
Azərbaycan uzun illər İsraillə hərbi texnika və silah alışı sahəsində əməkdaşlıq edir. Və mediada 820 milyon dollarlıq yeni silah müqaviləsi bağlandığı barədə şayiə yayılıb, lakin iddia hələ öz təsdiqini tapmamışdır.
Xatırladaq ki, İsrail rejimi Azərbaycanın ən böyük hərbi təchizatçılarından biridir və iki tərəf arasında bir neçə milyard dollarlıq müqavilələr mövcuddur. Bu istiqamətdə Azərbaycan İsraildən ən müasir Barak MX hava müdafiə sistemlərini almaq üçün təxminən 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Azərbaycan həmçinin İsraildən Harop, Heron, Elbit Hermes 450 və Hermes 900 kimi qabaqcıl dronları alıb.
Bunları nəzərə alaraq hər kəsi düşündürən sual budur ki, qeyri-müsəlman ölkəsinin cinayətkar İsrail rejimini boykot etməsindən sonra, görəsən müsəlman ölkəsi olan Azərbaycan Respublikası da analoji addımı ataraq, dünya ictimai rəyinə əhəmiyyət verəcəkmi?