Okt 05, 2025 13:12 Asia/Baku
  • Trampın Qəzzədə atəşkəs barədə ən son mövqeyi

Amerika prezidenti bildiribdir ki, Həmas yubanmadan addım atmalıdır; əks halda, bütün şərtlər etibardan düşəcək.

Amerika prezidenti Donald Tramp şənbə günü özünün «Truth Social» adlı sosial mediasında yaydığı mesajda belə yazıb: Müvəqqəti olaraq bombardmanı dayandıran İsrailə, əsirlərin azad edilmələri və sülh razılaşmasının təkmilləşdirilməsi üçün fürsətin yaranması istiqamətində atdığı addıma görə, təşəkkür edirəm.

ABŞ prezidenti əlavə edib: Həmas yubanmadan addım atmalıdır; əks halda, bütün şərtlər etibardan düşəcəkdir.

Donald Tramp sonra bildirib: Mən təxirə dözməyəcəyəm. Bir çoxlarının düşündükləri hadisə baş verməmiş/ və Qəzzə, hər hansı nəticəli təhdid yaratmamış, gəlin, bu işi tez görək. Hamı ilə ədalətli şəkildə rəftar ediləcək.

Belə bir halda, Həmas hərəkatı dünən gecə bildirdi ki, Trampın Qəzzədə atəşkəs barədəki planına olan cavabını vacitəçilərə təhvil verib və istər, diri olsunlar, istərsə də ölü, bütün sionist əsirlərin azad olunmaları ilə öz razılığını ifadə edib.