İsrail Qəzzədən geriçəkilmənin birinci etapı ilə razılaşdı
https://azeri.sahartv.ir/news/dünya-i421829-İsrail_qəzzədən_geriçəkilmənin_birinci_etapı_ilə_razılaşdı
Amerika prezidenti Donald Tramp şənbə günü gecə bildirdi ki, İsrail rejimi Qəzzə zolağından «geriçəkilmənin ilkin xətti» ilə razılaşıbdır.
(last modified 2025-10-05T05:50:49+00:00 )
Okt 05, 2025 09:44 Asia/Baku
  • İsrail Qəzzədən geriçəkilmənin birinci etapı ilə razılaşdı

Amerika prezidenti Donald Tramp şənbə günü gecə bildirdi ki, İsrail rejimi Qəzzə zolağından «geriçəkilmənin ilkin xətti» ilə razılaşıbdır.

Tramp özünün «Truth Social» adlı sosial mediasında qoyduğu mesajda belə yazıb: Müzakirələrdən sonra, İsrail, onlara göstərdiyimiz, Həmas-la da paylaşdırılan «geriçəkilmənin ilkin xətti» ilə razılaşıbdır.

ABŞ prezidenti əlavə edib: Həmas onu təsdiq edən kimi, atəşkəs icra olunacaq. Əsirlər və girovlar mübadiləsi başlanacaq və biz, bizi bu üçminillik fəlakətin sonuna yaxınlaşdıracaq geriçəkilmənin növbəti mərhələsi üzrə şəraiti/ yaradacağıq.