Okt 06, 2025 14:39 Asia/Baku
  • Dövlətin bağlanması davam edərsə, federal işçilərin geniş miqyaslı ixtisarı başlayacaq

ABŞ-da dövlətin bağlanması beşinci gününə qədəm qoyub və Ağ Ev xəbərdarlıq edib ki, əgər qısa müddətli büdcə layihəsinin təsdiqlənməsi ilə bağlı danışıqların nəticəsiz qalması davam edərsə, federal işçilərin geniş miqyaslı işdən çıxarılması başlayacaq

Ağ Evin Milli İqtisadiyyat Şurasının sədri Kevin Hasset bildirib ki, əgər danışıqlar nəticə verməsə, prezident Tramp və Ağ Ev-in büdcə idarəsinin rəhbəri federal işçiləri işdən çıxarmaq üçün tədbir görməyə hazırdırlar

Federal hökumətin bağlanması 1 oktyabrda başlayıb və bu, demokratlarla respublikaçılar arasında qısa müddətli büdcə layihəsi üzərində yaranan ixtilafların davam etməsi ilə bağlıdır. Bu vəziyyət, dövlət orqanları və idarələrində məcburi məzuniyyətlər və işdən çıxarmalara səbəb ola bilər