Okt 07, 2025 16:59 Asia/Baku
  • «Sumud» karvanının yolu davam edir

İsrail rejimi ordusunun dəniz qüvvələri Qəzzə blokadasını sındırmaq istəyən Qəzzəyə ikinci yardım donanmasının nəzarətini ələ almağa hazırlaşırlar.

Bu gəmilərdəki onlarla ictimai fəal və parlament üzvü Qəzzə sahillərinə doğru hərəkət etməkdədir.

Sionist Məariv qəzetinin məlumatına görə, ikinci donanmanın sabah gecə Qəzzə sahillərinə çatacağı proqnoz edilir və sionist rejim ordusunun dəniz qüvvələri bu gəmilərə qarşı durmağa hazırlaşmaqdadırlar. Bu qüvvələr belə bir hərəkəti ötən həftə «Sumud» karvanına qarşı etmişdilər.

Bu donanmanın mərkəzində humanitar yardım fonduna məxsus bir Türkiyə gəmisi yerləşir. Gəmidə Türkiyə parlamentinin üzvləri və ictimai fəallar da daxil olmaqla, onlarla nəfər var.

Digər tərəfdən, sionist rejim bu donanmanı dayandırmaq üçün diplomatik müzakirələr aparmaqdadır.

Amerikalılar da sözügedən donanmada olan Türkiyə gəmisinin hərəkətini əngəlləmək üçün Türkiyəni təzyiq altında qoymağa can atırlar.

Sionist rejimin xəfiyyə mənbələrinin təxminlərinə görə, gəmilərin üzərində heç bir silah yerləşdirilməyib. Amma, İsrail rejiminin ordusu bu karvanı ələ keçirmək üçün öz dəniz qüvvələrinin on üçüncü donanmasının qüvvələrindən istifadə/ və hərbi hücum şəraiti kimi onlarla rəftar edəcək.

Sionist rejim başçıları qeyd olunan donanmanın ələ keçirilməsindən yaranacaq problemlərin, sionist girovların azad edilmələri və müharibənin dayandırılması üzrə müzakirələri təsir altına alacağından nigarandırlar.