İspaniya İsrailə silah embarqosunu təsdiqldi
https://azeri.sahartv.ir/news/dünya-i421900-İspaniya_İsrailə_silah_embarqosunu_təsdiqldi
İspaniya Parlamenti baş nazir Pedro Sançesin sentyabr ayında elan etdiyi qərarı 169 əleyhinə 178 səslə təsdiqləyib. Sançes İsrailin iki illik dağıdıcı müharibəsini tənqid edən dünya liderləri arasında ən sərt cavablardan birini vermişdir.
(last modified 2025-10-11T04:20:16+00:00 )
Okt 11, 2025 08:18 Asia/Baku
  • İspaniya İsrailə silah embarqosunu təsdiqldi

İspaniya Parlamenti baş nazir Pedro Sançesin sentyabr ayında elan etdiyi qərarı 169 əleyhinə 178 səslə təsdiqləyib. Sançes İsrailin iki illik dağıdıcı müharibəsini tənqid edən dünya liderləri arasında ən sərt cavablardan birini vermişdir.

İspaniya parlamentariləri Qəzzədə "soyqırımı dayandırmaq" üçün baş nazirin təklif etdiyi İsrailə silah embarqosu təklif edən qanun layihəsini təsdiqləyiblər.

Bu qanun “İsrail təcavüzünə qarşı həyata keçirilən tədbirlər silsiləsi” kimi elan edilib.

Qanun İsrailə müdafiə avadanlığı, məhsul və ya texnologiya ixracını və belə malların idxalını qadağan edir. Qərar həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən aviasiya yanacağının daşınmasını və İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi yaşayış məntəqələrindən məhsulların reklamını qadağan edir.