Okt 12, 2025 13:47 Asia/Baku
  • Pakistan sərhədçiləri Əfqanıstana minaatanlardan zərbələr endirib

Əfqanıstan Müdafiə Nazirliyi ötən gecə Pakistan sərhədçiləri ilə toqquşmanın başa çatdığını bildirsə də, Pakistan sərhədçilərinin Əfqanıstanın sərhəd bölgələrinə minaatan hücumlarının davam etdiyi barədə məlumatlar yayılıb.

Əfqanıstanın yerli mediası bu gün bildirib ki, Pakistan sərhədçiləri Pəktiya və Pəktika vilayətlərindəki yaşayış məntəqələrinə minaatanlarla hücumlarını davam etdirirlər.

Digər bir xəbərə görə, Əfqanıstan və Pakistan sərhədçiləri arasında toqquşmaların artmasından sonra bu gün iki ölkə arasındakı ikinci sərhəd keçidi olan “Spin Buldak” da bağlanıb. Qəndəharın yerli rəsmiləri bu sərhəd keçidinin Pakistan tərəfindən bağlandığını bildiriblər.

Həmçinin, Hilmənd vilayətinin Məlumat və Mədəniyyət İdarəsinin rəhbəri Rəşid Hilməndi bildirib ki, ötən gecə bu vilayətin “Bəhramçe” bölgəsində baş verən toqquşmalar nəticəsində Pakistan qüvvələrinin üç sərhəd zastavası ələ keçirilib və 15 Pakistan əsgəri öldürülüb.