Ukrayna müharibəsinə son qoymağın və razılaşmanın vaxtı çatıb
https://azeri.sahartv.ir/news/dünya-i421992-ukrayna_müharibəsinə_son_qoymağın_və_razılaşmanın_vaxtı_çatıb
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib: "Zelenskiyə dedim ki, Putinə də vurğuladığım kimi, artıq qırğınları dayandırmağın və razılaşmanın vaxtıdır.
(last modified 2025-10-18T06:29:44+00:00 )
Okt 18, 2025 10:10 Asia/Baku
  • Ukrayna müharibəsinə son qoymağın və razılaşmanın vaxtı çatıb

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib: "Zelenskiyə dedim ki, Putinə də vurğuladığım kimi, artıq qırğınları dayandırmağın və razılaşmanın vaxtıdır.

Donald Tramp yerli vaxtla, cümə günü Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra “Truth Social” səhifəsində yazıb: "Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş çox maraqlı və səmimi keçdi, amma ona dedim, necə ki, prezident Putinə də vurğulamışdım, artıq qırğınları dayandırmağın və bir razılaşmanın vaxtıdır!”

Tramp əlavə edib: "Kifayət qədər qan tökülüb və mülkiyyət sərhədləri müharibə və fədakarlıqla müəyyən olunub. Onlar olduqları yerdə dayanmalıdırlar.  Qoy hər iki tərəf qələbə iddiasında olsun və nə baş verdiyinə tarix qərar versin. Artıq atışma, ölüm, dözülməz və böyük maliyyə xərcləri olmasın".  

Tramp bundan əvvəl də bildirmişdi ki, Putin müharibəyə son qoymaq iradəsinə malikdir.