Okt 20, 2025 14:50 Asia/Baku
  • İki nəfər həlak oldu, “Boeing” dənizə düşdü

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Boeing” yük təyyarəsi Honkonq beynəlxalq hava limanında qəzaya uğrayıb və yaxınlığdakı suya düşüb.

Bu yük təyyarəsi Honkonq hava limanına enişi zamanı zolaqdakı avtomobillə toqquşduqdan sonra nəzarəti itirib və hava limanının yaxınlığındakı dəniz sularına düşüb.

Qəza nəticəsində hava limanının iki əməkdaşı həlak olub. Yerli medianın məlumatına görə, həmin şəxslər əvvəlcə dənizə düşüblər və daha sonra xəstəxanada dünyalarını dəyişiblər.

Təyyarədə olan dörd nəfər ekipaj üzvü sağ qalıb.

Məlumata görə, bu yük təyyarəsi Dubaydan Honkonqa uçurdu və eniş zamanı hava limanının şimal zolağında hərəkət edən nəqliyyat vasitəsinə çırpılıb.

Ekspertlər bildiriblər ki, yüksək təhlükəsizlik səviyyəsi ilə tanınan Honkonq beynəlxalq hava limanında bu cür hadisə çox nadir hallarda baş verir.