Okt 28, 2025 14:16 Asia/Baku
  • Dünya Xeyriyyə Mətbəxi hərəkətə keçdi

Qida üzrə xeyriyyə müəssisəsi olan Dünya Mərkəzi Mətbəxi hökumətin tətil olması səbəbindən icbari məzuniyyətə gedən Amerika dövlət qulluqçularına ərzaq verir.

ABŞ medialarının bildirdiklərinə görə, bu müəssisə yerli vaxtla bazar ertəsi günü Amerikanın paytaxtı Vaşinqton Di-Si-də (DC) onlarla nəfər arasında təzə yemək, meyvə və su paylayıbdır.

Məcburi məzuniyyətə gedən Elizabet Anderson, Assoşieyted-Press-ə deyibdir ki, bu zaman kəsiyində federal işçi olmaq çətindir və bu yemək, «məcburi məzuniyyət şəraiti»nə bir az kömək edir.

Amerika hökumətinin büdcə böhranı, Əlavə Qidalanma Yardımı Proqramı- SNAP, həmçinin qadınlar, körpələr və uşaqlar üçün xüsusi qidalanma proqramı- NİK(NİC) kimi iki əsas ərzaq yardımı proqramında pərakəndə satışın təmini halqasını təsir altına alıb və milyonlarla amerikalının qida maddələrinə əlçatanlığını riskə atıb.

Amerika kənd təsərrüfatı nazirliyi bildiribdir ki, insanların qida alqısı üçün istifadə etdikləri debet kartlar hökumətin noyabr ayında tətil olması səbəbindən bir daha şarj olunmayacaq. Bu vəziyyət təqribən doqquz milyard dollar büdcə çatışmazlığına səbəb olacaq və beş milyard dollarlıq fövqəladə ehtiyat belə, bu rəqəmin öhdəsindən gələ bilməz.

Amerikadakı rəsmi statistikalara əsasən, bu ölkədə hər səkkiz nəfərdən təqribən bir nəfər bu yardımı alır və SNAP proqramının ərzaq yardımından yararlanan qırx iki milyona yaxın amerikalının qidasının təmin edilməsi yolunu tapmaq üçün geri sayım başlayıb və bu proqramın dayandırılmasının/ hökumətin yenidən açılması ilə bağlı müzakirələrdə bir dəyişiklik yaradıb-yaratmayacağı bəlli deyildir.