Amerika prezidentinin yalanları aşkar olub
Tramp seçki vədlərini yerinə yetirə bilmir – AKTUAL
Noy 11, 2025 15:57 Asia/Baku
Trampın ABŞ prezidenti seçilməsindən, təxminən 1 il, fəaliyyətə başlamasından isə 10 ay keçdi. Seçilmək üçün o nələr vəd etmişdi və nələrə nail oldu? Azərbaycanlı social media fəalı Asif Şəfəqqətov Facebookda bu mövzunu araşdırıb.
Azərbaycanlı media fəalı Donald Trampın vədlərini və nəticələri beləcə təsnif etmişdir:
- Qrenlandiyanı almaq. Unutdu.
- Kanadanı ABŞ-a birləşdirmək. Hərdən xatırlayır.
- Panama kanalını ABŞ-a qaytarmaq. Unutdu.
- Ukraynaya yardımın mənimsənilməsini araşdırmaq. Sükut.
- Ukrayna müharibəsini 24 saat ərzində bitirmək. 24 saat hələ tamamlanmayıb.
- Fələstin münaqişəsini həll etmək. Hamı bilir ki, Qəzzədəki "əbədi sülh" çox çəkməyəcək.
- Yeni müharibələr yaratmamaq. Yəməndə, İranda müharibələr yaratdı, indi də Livan, Venesuela, Kolumbiya, Meksika və Nigeriyanı müharibə ilə təhdid edir.
- Rusiya-Çin ittifaqını parçalamaq. Əksi baş verdi.
- Çini ticarət müharibəsində məğlub etmək. Çin qarşısında ABŞ-ın acizliyini nümayiş etdirdi.
- ABŞ-ın $36 trilyonluq dövlət borcunu azaltmaq. Hazırda dövlət borcu $38 trilyonu keçib.
- Büdcə kəsirini azaltmaq. Yeni büdcə layihəsində kəsir 2 dəfə artırılıb.
- övlət məmurlarını 40% azaltmaq. Heç 10% də azalda bilməyib.
- ABŞ-da ərzaq qiymətlərini aşağı salmaq. Qiymətlər artdı.