İran əleyhinə qarşıdurma qətnaməsinin qəbul edilməsi, yalnız vəziyyəti daha da pisləşdirəcək
Çinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi deyib ki: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının iclasında İranla əlaqədar qarşıdurma qətnaməsinin qəbul edilməsi üçün təzyiq göstərmək, yalnız vəziyyəti daha da pisləşdirəcək.
Çinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Li Tsun, dünən direktorlar şurasının iclasında bildirib ki: Obsesif şəkildə təzyiq və qarşıdurma istəyən və çəkinmədən gücdən istifadə edən ölkələr, İranın nüvə məsələsinin hazırkı durumunda müqəssirdirlər.
İsrail rejimi və Amerika, cari ilin iyun ayında/ İranın/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanətləri altında olan nüvə təsisatlarına hücum edib, İranın nüvə məsələsinin vəziyyətində əsaslı dəyişikliyə gətirib çıxardılar-deyə, Li Tsun qeyd edib.
O vurğulayıb ki, belə bir hərəkət dünya ictimaiyyəti və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən kəskin tərzdə pislənilməlidir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurası dünən Amerikanın müşayiəti ilə Fransa, İngiltərə və Almaniyadan ibarət üç Avropa ölkəsinin İranın nüvə proqramına qarşı qətnamə layihəsini on doqquz lehinə, on iki tərəfsiz və üç əleyhinə səslə qəbul etdi.
Qətnamədə/ İrandan/ əlavə protokol əsasında hərəkət etməsi, həmçinin zəmanət altında olan təsisatlar və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti barədə agentliyə mükəmməl məlumat verməsi istənilib.
İran İslam Respublikasının Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi Rza Nəcəfi direktorlar şurasında, İranın dincməqsədli nüvə proqramı əleyhinə siyasi və qeyri-konstruktiv qətnamənin qəbul edilməsini, Nyu-Yorkda “tətik mexanizmi”nin uğursuz qalmasının əvəzini çıxmaq istiqamətində Avropa üçlüyü və ABŞ tərəfindən göstərilən əbəs cəhd adlandırıb.