Noy 21, 2025 11:26 Asia/Baku
  • ABŞ-ın planı, ləyaqətli sülhə gətirib çıxarmalıdır

Ukrayna prezidenti deyib ki, Rusiya ilə müharibəyə son qoymaq üzrə hər hansı razılaşma, ləyaqətli sülhə töhfə verməlidir.

Vladimir Zelenski dünən Pentaqon rəsmiləri və Amerikanın ordu naziri Daniel Driskoll-la görüşdən sonra etdiyi axşam çıxışında deyibdir ki: Ukraynanın sülhə ehtiyacı var- ləyaqətli bir sülhə. Belə ki, şərait/ Ukrayna xalqının ləyaqəti, suverenliyi və istiqlaliyyətinə hörmətlə müşayiət olunmalıdır.

Zelenski qeyd edib ki: Ukrayna heç bir tələsik bəyanat yaymayacaq. Hamı üçün bir nömrəli vəzifə, Amerika ilə və bütün ortaqlarımızla konstruktiv diplomatik prosesə malik olmaqdır.

Ordumuz üçün stabil dəstək və bütün müdafiə əməliyyatları planlaşdırılıb. Bizim Rusiya ərazisinin içərilərinə hücumlarımız, həyati əhəmiyyət kəsb edir- deyə, Ukrayna prezidenti bildirib.