Maduro:
Venesuela təslim olmayacaq!
Dek 02, 2025 14:30 Asia/Baku
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, bu ölkə xalqı ötən iyirmi iki həftə ərzində, öz tarixində ən kəskin təcavüz formalarından biri ilə üzləşib. Vurğulayıb ki, Venesuela məğlubedilməz ölkədir və bu ölkə təslim olmayacaqdır.
Maduro Karakasda «Bolivar xalq təşkilatları» komandirlərinin andiçmə mərasimində həmçinin vurğulayıb: Hazırda Venesuelada milli birlik, özünün ən yüksək səviyyəsindədir. Bu ölkənin bütün siyasi cərəyanları hərbi və imperialist təhdidləri pisləyiblər. Onlar psixoloji terrorizmlə bizi güclü bir vətən qurmaq yolundan bir santimer qədər olmuş olsa belə, yayındıra bilməyiblər- deyə, Venesuela prezidenti təkidlə bildirib.