Dek 21, 2025 17:20 Asia/Baku
  • Zelenski ABŞ-ın Rusiyaya daha çox təzyiq göstərməsini istəyib

Ukrayna prezidenti Amerikadan müharibəyə son qoymaq üçün Rusiyaya daha çox təzyiq göstərməsini istəyib.

Rəsmi şəxslərin Ukraynada sülh üzrə yeni müzakirələr üçün Amerikanın Mayami şəhərinə gəldikləri bir halda, Vladimir Zelenski deyibdir ki, təkcə Amerika Rusiyanı müharibəyə son qoymağa qane etməyə qadirdir. O, bu məsələnin reallaşması üçün Vaşinqtondan Moskvaya qarşı təzyiqi artırmasını istəyib.

Zelenski Ukraynanın daha çox silahla təmin edilməsi və bütün Rusiya iqtisadiyyatının sanksiya olunması vacibliyini vurğulayıb.

Amerika açıq şəkildə deməlidir ki: Əgər diplomatiya olmazsa, tam təzyiq mövcud olacaq. Rusiya prezidenti Vladimir Putin hələ lazım olan təzyiqi hiss etmir- deyə, Ukrayna prezidenti bildirib.