Zelenski:
Rusiya ilə müharibəni bitirmək üzrə müzakirələr, nəticəyə yaxınlaşır
Rusiya ilə dörd ilə yaxın gedən müharibəni bitirmək istiqamətində Birləşmiş Ştatlar və Avropa ölkələrilə aparılan müzakirələr real nəticəyə çox yaxındır. Bunu, Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Ukraynada diplomatiya günü münasibətilə keçirilən mərasimdə çıxış edən Zelenski, bu ölkənin diplomatlarına xitabən bildiribdir ki: Hər şey dəyərli görünür. Bu, bizim Amerika Birləşmiş Ştatları ilə birgə işimizdir və real nəticəyə çox yaxın olduğumuzu göstərir.
Müzakirə aparan heyətlərin iyirmi bəndlik sülh planı üzərində işlədiklərinə toxunan Zelenski qeyd edibdir ki, plan Ukrayna, Avropa Birliyi və Birləşmiş Ştatlar arasındakı təhlükəsizlik sənədlərinə şamil olur.
O, həmçinin bildirib ki, ikitərəfli təhlükəsizlik zəmanətləri üçün, Ukrayna ilə Amerika arasında ayrıca sənəd də mövcuddur və bu sənəd, ABŞ konqresi tərəfindən qəbul edilməlidir.
Bu razılaşmanın gizli əlavələrinin ilkin mətni də hazırdır. Mətn, Ukrayna və Amerikadan olan ekspertlər tərəfindən işlənib hazırlanıb. Bu, bizim real nəticəyə çox yaxın olduğumuzu göstərir- deyə, Zelenski söyləyib.
Razılaşmanın Ukraynanın bərpası ilə bağlı ilkin mətni də işlənib hazırlanıbdır- deyən Ukrayna prezidenti bildiribdir ki, hər şey mükəmməl olmasa da, ümumilikdə, lazımi sənədlərin əsas məcmuəsi hazırdır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ukrayna təhlükəsizlik və müdafiə şurasının katibi, tatar əsilli Rüstəm Ömərov, Amerikanın Florida ştatının Mayami şəhərində keçirilən üçgünlük müzakirələrdən sonra dekabrın iyirmi biri-gecə, Ukrayna heyətinin ötən üç gün ərzində Floridada amerikalı və avropalı ortaqları ilə konstruktiv və səmərəli iclaslar keçirdiyini bildirdilər.