ABŞ ədliyyə nazirliyi Epşteynlə bağlı daha bir milyon sənədin aşkar edildiyini bildirib
ABŞ ədliyyə nazirliyi bildirib ki, cinsi cinayətkar- Cefri Epşteyn barədə daha bir milyondan çox sənəd tapıb və buna görə, sənədlərin tam şəkildə yayılması təxirə düşəcək.
Amerika ədliyyə nazirliyi çərşənbə günü gecə xəbər verib ki, Amerika Federal Təhqiqat Bürosu/ və ABŞ baş prokurorunun Nyu-Yorkun Manhetten bölgəsindəki ofisi/ ehtimal üzrə, Epşteynlə əlaqədar olan daha bir milyondan çox sənəd tapıblar.
Epşteyn rüsvayçılığı, Amerikada ən iri siyasi-ictimai pozğunluq və cinsi sui-istifadə işlərindən biridir.
Yeniyetmə qızlara qarşı cinsi alverdə ittiham olunan Cefri Epşteyn, 2019-cu ildə həbsxanada intihar edib.
Bu iş medialarda və ictimai rəydə/ gündəmdə qalmaqda davam edir. Çünki, şübhəli ölüm, siyasi əlaqələr, məhkəmə pozuntusu və cinsi sui-istifadədən ibarət bir kombinasiyanı özündə ehtiva edir.
Epşteynin milyardçılar və siyasətçilər də daxil olmaqla, qüdrətli simalarla əlaqəsi, bu məhkəmə işinin qalmaqallı siyasi və media məsələsinə çevrilməsinə gətirib çıxarıb.
Amerikanın hazırkı prezidenti Donald Tramp və keçmiş prezidenti Bill Klinton kimi məşhur adların hallanması, Amerika Birləşmiş Ştatlarında kök salmış hökumət pozğunluğunun yeni cəhətlərini sərgiləyir