İƏT və 21 ölkə «Somalilend»in rəsmən tanınmasını pisləyiblər
İslam Əməkdaşlığı Təşkilatı iyirmi bir ərəb və islami ölkə ilə yanaşı yaydığı bəyanatda, sionist İsrail rejiminin «Somalilend» adlandırılan bölgəni rəsmən tanımasını qətiyyətlə pisləyib.
İslam Əməkdaşlığı Təşkilatı və iyirmi bir ərəb və islami ölkə sionist rejimin bu hərəkətini «təhlükəli bidət» və beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi təhdid adlandırıblar.
Bəyanatda, İsrail rejiminin «Somalilend»lə bağlı addımı ilə/ «mütləq müxalifət»ə təkid olunub.
Bu, analoqu olmayan hərəkət, həssas «Afrika buynuzu» və Qızmızı dəniz bölgəsində sülh və təhlükəsizlik üçün riskli nəticələrə gətirib çıxaracaq. Bu addım, İsrail rejiminin beynəlxalq qanunlara tam etinasız olduğunu göstərir- deyə, birgə bəyanata imza atanlar xəbərdarlıq ediblər.
İslam ölkələri vurğulayıblar ki, vahid bir ölkənin torpağının bir hissəsinin istiqlaliyyətinin rəsmən tanınması, BMT Nizamnaməsini və beynəlxalq hüququn stabil prinsiplərini hədəfə alır və beynəlxalq sabitliyi təhlükəyə atır.
İsrail rejiminin baş naziri Benyamin Netanyahu, cümə günü açıq şəkildə «Somalilend»i müstəqil/ və suverenliyə malik ölkə kimi rəsmən tanıdı.
Netanyahunun ofisinin bu barədə yaydığı bəyanatda deyilir ki, sionist rejimin «MOSSAD» casusluq təşkilatı bu sahədə rol oynayıbdır.
«Somalilend» bölgəsi min doqquz yüz doxsan birinci ildə Somali-dən ayrıldığını elan etdiyi zamandan bəri, rəsmən tanınmayıbdır.