Dek 30, 2025 13:17 Asia/Baku
  • Tramp Putinin iqamətgahına hücumdan şoka düşüb Rusiya öz mövqeyini yenidən nəzərdən keçirəcək

Kreml dünən axşam Rusiya və ABŞ prezidentlərinin telefon əlaqəsindən xəbər verib. Bildirib ki, Amerika prezidenti Donald Tramp, Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına qarşı PUA hücumundan şoka düşüb.

Amerika prezidenti Donald Tramp Vladimir Putinlə telefon əlaqəsində bu xəbəri eşidərkən, şoka düşüb. O, sözün əsl mənasında, hiddətlənib. Deyib ki, belə dəlicəsinə əməlləri təsəvvür edə bilmir- deyə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki: Ukraynanın bu addımı, şübhəsiz, Amerikanın Zelenski ilə əməkdaşlıq sahəsindəki yanaşmalarına təsir göstərəcək. Trampın özünün dediyi kimi; Allaha şükr, ona, yəni Zelenskiyə, «Tamahauk» raketi verməyibdir.

Qeyd edək ki, «Tamahauk», uzaqmənzilli amerikan raket tipidir.

Uşakovun sözlərinə görə, Putin bu telefon söhbətində Trampa deyibdir ki, Kiyev hökumətinin terrorizmə əsaslanan bu hərəkətinə görə, Rusiyanın Ukrayna münaqişəsinin həlli üzrə müzakirələrdəki mövqeyi, yenidən araşdırılacaq.

Bu əsasda, Rusiya prezidenti öz amerikalı həmkarı ilə telefon əlaqəsində vurğulayıbdır ki, bu kimi ehtiyatsız terror aktları, Rusiyanın ciddi cavabı ilə üzləşəcək.

Putinin köməkçisinin dediyinə görə, Rusiya prezidenti bu telefon əlaqəsində eyni zamanda vurğulayıbdır ki, rus tərəf sülhə nailolma yollarını axtarıb tapmaq üçün öz amerikan ortaqları ilə yaxın və konstruktiv əməkdaşlığı davam etdirmək niyyətindədir.