ABŞ-ın Venesuelaya hücumunda 32 kubalı həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i422780-abŞ_ın_venesuelaya_hücumunda_32_kubalı_həlak_olub
Kuba Prezident Aparatı bildirib ki, ABŞ-ın Venesuelaya son hücumunda bu ölkənin hərbi və təhlükəsizlik missiyalarında olan 32 vətəndaşı həyatını itirib.
(last modified 2026-01-05T10:14:25+00:00 )
Yan 05, 2026 14:12 Asia/Baku
  • ABŞ-ın Venesuelaya hücumunda 32 kubalı həlak olub

Kuba Prezident Aparatı bildirib ki, ABŞ-ın Venesuelaya son hücumunda bu ölkənin hərbi və təhlükəsizlik missiyalarında olan 32 vətəndaşı həyatını itirib.

Kuba Prezident Aparatının rəsmi bəyanatına görə, kubalılar ya hücum edən qüvvələrlə döyüş zamanı, ya da Venesueladakı obyektlərin bombalanması nəticəsində həlak olublar.

Bu şəxslər Kuba Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən missiyalar kontekstində vəzifələrini yerinə yetirirmişilər. Kuba hökuməti ABŞ-ın hücumlarını “təcavüz və dövlət terrorizmi” adlandıraraq, həlak olanların xatirəsini ehtiramla yad edib.

Beynəlxalq medialar, o cümlədən "New York Times" və "CNBC", bu hücum nəticəsində artan itkilərə diqqət çəkiblər.