Stefan Düjarrik: Diplomatiyaya qayıdaq
https://azeri.sahartv.ir/news/dünya-i422844-stefan_düjarrik_diplomatiyaya_qayıdaq
BMT-nin sözçüsü Stefan Düjarrik İran İslam Respublikasına qarşı son ritorikaları tənqid edərək, dialoqa və diplomatiyaya qayıtmağa çağırıb.
(last modified 2026-01-13T07:06:10+00:00 )
Yan 13, 2026 11:04 Asia/Baku
  • Stefan Düjarrik: Diplomatiyaya qayıdaq

BMT-nin sözçüsü Stefan Düjarrik İran İslam Respublikasına qarşı son ritorikaları tənqid edərək, dialoqa və diplomatiyaya qayıtmağa çağırıb.

Düjjarik vurğulayıb: "İrandakı vəziyyətlə bağlı müxtəlif tərəflərdən eşitdiyimiz aqressiv ritorikalardan çox narahatıq və dialoqa qayıtmağa çağırırıq.

BMT sözçüsü ABŞ prezidentinin İrana qarşı son açıqlamaları ilə bağlı suala cavab olaraq, bildirib: "Bu ritorikalar narahatlıq doğurur və BMT-nin baş katibi hər kəsi diplomatiya və dialoq yolunu tutmağa çağırır". 

O, İranın daxili işlərinə xarici müdaxilə ilə bağlı vurğulayıb: "Biz dialoqa təkid edirik və dinc şəkildə etiraz etmək istəyən iranlıların bunu etməsini istəyirik və BMT Nizamnaməsi bu məsələdə çox aydındır".