Tramp və ABŞ mediası arasında müharibə:
Terrorçu prezidentə qarşı koordinasiyalı boykot
ABŞ-nin aparıcı və rəsmi media qurumları nadir görülən bir addım ataraq, Donald Trampın çıxışlarını canlı yayımlamaqdan imtina ediblər.
ABŞ-nin CNN, Fox News və NBC də daxil olmaqla aparıcı media qurumları bu addımla ölkənin terrorçu və cinayətkar prezidenti Donald Trampın çıxışlarının canlı yayımını boykot ediblər, hətta onun müsahibə və çıxışlarını işıqlandırmaq üçün müxbir göndərməkdən də imtina ediblər.Məsələnin miqyası o həddə çatıb ki, dünən Tramp çıxış edərkən, onun sözlərinin dəqiq şəkildə ötürülməsi və yayımlanması ilə bağlı problemlər yaranıb.Üç media qurumunun müxbirlərinin Ağ Evə girişinə qadağa qoyulmasından sonra Ağ Ev rəsmiləri YouTube platformasında “Tramp TV” adı ilə Trampa məxsus 24 saatlıq televiziya kanalının fəaliyyətə başlayacağını açıqlayıblar.