Əraqçi Fransanın İrana qarşı mövqelərini qəbuledilməz adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i423224-Əraqçi_fransanın_İrana_qarşı_mövqelərini_qəbuledilməz_adlandırıb
İran Xarici İşlər Naziri Nyu-Yorkda fransalı həmkarı ilə görüşündə Parisin İrana qarşı müdaxiləçi mövqelərini tənqid edib.
(last modified 2026-09-23T11:58:15+00:00 )
Sen 23, 2026 15:55 Asia/Baku
  • Əraqçi Fransanın İrana qarşı mövqelərini qəbuledilməz adlandırıb

İran Xarici İşlər Naziri Nyu-Yorkda fransalı həmkarı ilə görüşündə Parisin İrana qarşı müdaxiləçi mövqelərini tənqid edib.

Seyyid Abbas Əraqçi Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşündə, bu ölkənin regiondakı hadisələr, xüsusilə də ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzü ilə bağlı mövqelərini qəbuledilməz adlandırıb.Əraqçi Fransanın insan hüquqları məsələsində ikili yanaşmalarını tənqid edərək, bildirib: "Fransa, ABŞ və sionist rejimin İran xalqına qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, o cümlədən iranlı qadın və uşaqların öldürülməsi qarşısında səssız qaldığı, həmçinin ABŞ-nin İran xalqına qarşı tətbiq etdiyi qanunsuz sanksiyaların icrasında əməkdaşlıq etdiyi halda, insan hüquqları ilə bağlı narahatlıq keçirdiyini iddia edə bilməz".İranın xarici işlər naziri, həmçinin vurğulayıb ki, İran İslam Respublikası Fransa da daxil olmaqla bütün ölkələrlə qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan münasibətlərin tərəfdarıdır; Bunula belə, Tehran öz maraq və mənafelərini qorumaq üçün ciddi və qətiyyətli addımlar atacaq.