Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışına dünya mediasının reaksiyası
https://azeri.sahartv.ir/news/dünya-i423238-pezeşkianın_bmt_baş_assambleyasındakı_çıxışına_dünya_mediasının_reaksiyası
İran prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı dünya mediasında geniş əks-səda doğurub. Xəbərlərdə əsas diqqət
(last modified 2026-09-25T12:51:08+00:00 )
Sen 25, 2026 16:47 Asia/Baku
  • Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışına dünya mediasının reaksiyası

İran prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı dünya mediasında geniş əks-səda doğurub. Xəbərlərdə əsas diqqət

Pezeşkianın müharibə, terrorizm, ABŞ və sionist rejimin İrana qarşı cinayətləri ilə bağlı mövqelərinə, həmçinin Tehranının diplomatiyaya hazır olmaqla yanaşı, müqaviməti davam etdirəcəyini vurğulamasına yönəlib.“Wall Street Journal” qəzeti İran prezidentinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı ilə bağlı yazıb: Pezeşkian ABŞ ilə müharibəyə son qoymaq məqsədilə danışıqlara hazır olduqlarını bildirdi, lakin xəbərdarlıq etdi ki, Tehran ABŞ-nin zorbalıqlarına heç vaxt təslim olmayacaq və nüvə proqramından imtina etməyəcək. “New York Times” qəzeti isə bu məqama toxunub ki, İran yeganə ölkədir ki, ABŞ ilə müharibə şəraitində olduğu halda, onun dövlət başçısı Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edir.“Guardian” qəzeti Pezeşkianın çıxışını “cəsarətli” adlandırıb və yazıb ki, bu, ABŞ və İsrailin İrana qarşı başlatdığı tammiqyaslı müharibədən sonra Pezəşkianın ilk çıxışı idi və prezident dəfələrlə İranın ABŞ qarşısında heç vaxt təslim olmayacağını vurğuladı.CNBC telekanalı da bir reportajda bildirib ki, İran prezidenti BMT-də cəsarətli bir çıxışda ABŞ və İsraili qlobal qeyri-sabitliyin əsas amili kimi təqdim etdi. Telekanal əlavə edib: Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı Donald Trampa qarşı sərt tənqid idi. Hansı ki, bir gün əvvəl BMT-də demişdi: “Yeddi aylıq müharibədən sonra İranı "məhv edib-etməməyi" nəzərdən keçirir”. "CNBC" həmçinin qeyd edib ki, Pəzeşkiyan İranın ABŞ və İsrailin təcavüzlərinin qurbanı olduğunu deyərək, ölkəsinin "son nəfəsinə qədər" mübarizəni davam etdirəcəyini vurğulayıb.“NBC News” isə yazıb ki, Pezeşkian Trampın təhdidlərindən sonra BMT-də sərt mövqe nümayiş etdirdi. Telekanal əlavə edib: Pezəşkianın ABŞ raketinin Minabdakı ibtidai məktəbə düşməsi nəticəsində həlak olan uşaqların fotosunu nümayiş etdirərək, mülki itkilərə diqqət çəkib.“NBC News” həmçinin Pezeşkianın BMT Baş Assambleyasında İslam İnqilabının Şəhid Rəhbəri Ayətullah Seyyid Əli Xameninin şəklini nümayiş etdirməsini xüsusi qeyd edib.“Axios” saytı yazıb ki, Pezeşkian dünyanın ən mühüm diplomatik tribunalarından birindən istifadə edərək, ABŞ torpaqlarında birbaşa Trampa meydan oxudu. Üstəlik bu, elə bir şəraitdə baş verdi ki, İranla ABŞ-İsrail oxu arasındakı qarşıdurma davam edir. Amerika portalı əlavə edib: “Pezeşkiyan Trampın İranı "terrorizmin mərkəzi" adlandırmasını qətiyyətlə rədd etdi və iranlıların özlərinin "terrorizmin qurbanı" olduqlarını bildirdi.Associated Press də belə bir başlıq dərc edib: “Pezeşkiyan qətiyyətli çıxışı ilə Trampa meydan oxudu və bildirdi ki, İran son nəfəsinə qədər mübarizə aparacaq”.“Washington Post” qəzeti isə yazıb ki, İran prezidenti BMT-də ölkəsinin “təhdidlərdən amanda qalmaq üçün güclü olmaq məcburiyyətində olduğunu” bəyan etdi.“Reuters”in ərəb bölməsi “İran ABŞ-la müharibədə təslim olmayacaq, lakin diplomatiyaya inanır” başlığı ilə yaydığı materialda İranın qırmızı xəttləri ilə yanaşı, diplomatik yola da üstünlük verdiyini vurğulayıb.Qətərin “Əl-Ərəby” telekanalı isə Pezeşkianın çıxışından “Biz terrorun qurbanıyıq” ifadəsini ön plana çıxararaq, İranın öz xalqının terrorçular və onların Qərbdəki havadarları tərəfindən məruz qaldığı zülmlə bağlı mövqeyini əks etdirib və prezident Pezeşkianın terror qurbanlarına dair materialları nümayiş etdirdiyi anın fotosunu da dərc edib.