Nyu-Yorkda qızılca epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edilib
Nyu-York qubernatoru Keti Hoçul ştatda qızılca xəstəliyinin yayılması ilə əlaqədar “fəlakət fövqəladə vəziyyəti” elan edib.
Nyu-York qubernatoru Keti Hoçul, ilin əvvəlindən bəri ştatda 108 yoluxma halının qeydə alınması səbəbindən bazar ertəsi günü qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.Ştatda bu il oktyabrın 3-dək 108 qızılca yoluxması qeydə alınıb. Onlardan 7-si Nyu-York şəhərində, 101-i isə ştatın digər ərazilərindədir. Sərəncam, həmçinin bütün tibb müəssisələri və səhiyyə işçilərindən qızılca, parotit və məxmərək və ya MMR peyvəndinin tətbiq olunan bütün dozaları barədə məlumatı 72 saat ərzində Nyu-York ştatı və ya Nyu-York şəhərinin immunizasiya reyestrlərinə təqdim etməyi tələb edir.Kənd yaşayış məntəqələrində yoluxma hallarının artması fonunda ştat rəsmiləri MMR peyvəndini tətbiq etmək səlahiyyətinə malik olan tibb işçilərinin siyahısını da genişləndiriblər.Fövqəladə vəziyyət 4 noyabr 2026-cı ilədək qüvvədə olacaq.