Fransa demokratiyası polisin dəyənəkləri altında:
Paris “insan hüquqları” dərsi keçir
Fransada orta məktəb şagirdlərinin etirazları davam edir. Minlərlə insanın saxlanılması və etirazçılara ağır xəsarətlərin yetirilməsi Parisin demokratiya və insan hüquqları ilə bağlı iddiaları barədə ciddi suallar doğurub.
Fransada müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması və məktəb binalarının baxımsız vəziyyəti ilə bağlı başlayan ümumölkə şagird etirazları polisin sərt müdaxiləsi fonunda son həftələrin ən ciddi sosial böhranlarından birinə çevrilib. Etirazlar zamanı 6 mindən çox şəxs həbs edilib. Həbs olunanların əksəriyyətini yeniyetmələr təşkil edir.Lakin həbs olunanların sayından daha çox bəzi etirazçıların aldığı ağır xəsarətlər daha çox diqqət çəkir. 14 yaşlı bir yeniyetmə üzünə birbaşa gözyaşardıcı qaz qumbarası atılması nəticəsində çənəsinin iki yerdən sındığıni və dişlərinin ciddi zərər gördüyünü bildirir. Digər 16 yaşlı yeniyetmə etirazlar zamanı bir gözünü itirib. Bu iş üzrə tibbi rəy xəsarətin polis tərəfindən atılan rezin güllənin yaratdığı zədə ilə uyğunluq təşkil etdiyini göstərib. Həmçinin Lens şəhərində 15 yaşlı yeniyetmə polisin atdığı qumbaranın partlaması nəticəsində əlini itirib.Amnesty International da gözyaşardıcı qaz, dəyənək və plastik güllələrdən qeyri-mütənasib şəkildə istifadə edilməsi ilə bağlı xəbərdarlıq edib.Bu hadisələr elə bir ölkədə baş verir ki, illərdir Qərb ölkələri ilə birlikdə özünü azadlıq, demokratiya və insan hüquqlarının müdafiəçisi kimi təqdim edir və İran kimi digər ölkələrə bu anlayışlar barədə dərslər keçirlər. Lakin Fransa polisinin yeniyetmə etirazçılara qarşı sərt davranışını əks etdirən görüntülər Parisin bu sahədəki iddialarını ciddi şübhə altına alır.