Trampın Nobel arzusu bu dəfə də ürəyində qaldı
https://azeri.sahartv.ir/news/dünya-i423448-trampın_nobel_arzusu_bu_dəfə_də_ürəyində_qaldı
2026-cı il Nobel Sülh Mükafatı Cənubi Afrikadan olan hüquqşünas və BMT-nin Fələstin üzrə Araşdırma Komissiyasının keçmiş rəhbəri Navi Pillay-a verilib.
(last modified 2026-10-10T13:20:04+00:00 )
Okt 10, 2026 17:16 Asia/Baku
  • Trampın Nobel arzusu bu dəfə də ürəyində qaldı

2026-cı il Nobel Sülh Mükafatı Cənubi Afrikadan olan hüquqşünas və BMT-nin Fələstin üzrə Araşdırma Komissiyasının keçmiş rəhbəri Navi Pillay-a verilib.

Nobel Komitəsi Pillayın insan hüquqları sahəsindəki fəaliyyətini, həmçinin müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım faktlarının araşdırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib.Navi Pillay əvvəllər BMT-nin İnsan Hüquqları üzrə ali komissarı vəzifəsində çalışıb və beynəlxalq məhkəmələrdə fəaliyyət təcrübəsinə malikdir. O, həmçinin Beynəlxalq Ədalət Məhkəməsində Myanmadakı soyqırımla əlaqədar iş də daxil olmaqla, beynəlxalq hüquq pozuntuları ilə bağlı bir çox işlərin araşdırılmasında iştirak edib.Onun adı Fələstin və Qəzzə müharibəsi ilə bağlı hüquqi və beynəlxalq fəaliyyətlərlə də sıx bağlıdır; bu məsələ dünya ictimaiyyətinin diqqətini beynəlxalq qurumların müharibə cinayətlərinin araşdırılması və mülki şəxslərin hüquqlarının qorunması sahəsindəki məsuliyyətinə cəlb edib.