Fransada 8 minə yaxın şəxs saxlanılıb;
Polisin şagirdlərə qarşı zorakılığı davam edir
Okt 15, 2026 18:10 Asia/Baku
Fransa Ədliyyə Nazirliyi orta məktəb şagirdlərinin etirazları zamanı təxminən 8 min nəfərin saxlanıldığını açıqlayıb və bildirib ki, onlardan 85 daizi hələ yetkinlik yaşına çatmayıblar.
Etiraz edən şagirdlər təhsil büdcəsinin artırılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını və təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Etirazlar zamanı polis zorakılığa əl atıb, gözyaşardıcı qazdan və elektroşok silahlarından istifadə edib, nəticədə bir sıra şagirdlər xəsarət alıblar.Təhlükəsizlik qüvvələrinin şagirdlərlə rəftarı Fransa polisinin fəaliyyəti və etirazçıların dağıdılması zamanı güc tətbiq edilməsi ilə bağlı tənqidləri yenidən gündəmə gətirib.