Fransada komendant saatı uzadıldı;
xalq etirazları polisin sərt müdaxiləsi ilə qarşılanır
Fransa hökuməti xalq etirazlarının genişlənməsi və küçələrdəki gərginliyin artması fonunda Parisin bəzi bölgələrində və bir neçə digər şəhərdə gecə komendant saatı tətbiq edib. Bu addım, polisin etirazçılara qarşı zorakı davranışı ilə bağlı tənqidlərin artdığı bir vaxta təsadüf edir.
Fransada son həftələrdə keçirilən etirazlar şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılması tələbləri ilə başlayıb və daha sonra iqtisadi narazılıqların artması nəticəsində genişlənib. Etirazlar təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılanıb. İtaliyada da yaşayış xərclərinin artması və siosial xidmətlərin keyfiyyətinin aşağı düşməsinə qarşı etiraz dalğası Milan, Turin və Bolonya da daxil olmaqla müxtəlif şəhərlərə yayılıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Məlumata görə, çox sayda etirazçı yaralanıb və yeniyetmələr də daxil olmaqla yüzlərlə vətəndaş saxlanılıb.Milanda baş verən toqquşmalar zamanı onlarla insan yaralanıb və polis istintaq və vəziyyətlərini araşdırmaq məqsədilə yüzlərlə şəxsi saxlayıb. Eyni zamanda, italiyalı şagirdlər də keçirdikləri aksiyalarda təhsil büdcəsinin artırılmasını və hərbi xərclərin azaldılmasını tələb ediblər.