Lula da Silvanın qələbəsi Trampın Latın Amerikasında nüfuzunu genişləndirmək planlarına mane oldu
https://azeri.sahartv.ir/news/dünya-i423746-lula_da_silvanın_qələbəsi_trampın_latın_amerikasında_nüfuzunu_genişləndirmək_planlarına_mane_oldu
Braziliyada Lula da Silvanın prezident seçkilərində qələbəsi Vaşinqtonun Latın Amerikasında nüfuzunu genişləndirmək cəhdlərini problemlə üzləşdirib.
(last modified 2026-10-27T12:16:52+00:00 )
Okt 27, 2026 16:15 Asia/Baku
  • Lula da Silvanın qələbəsi Trampın Latın Amerikasında nüfuzunu genişləndirmək planlarına mane oldu

Braziliyada Lula da Silvanın prezident seçkilərində qələbəsi Vaşinqtonun Latın Amerikasında nüfuzunu genişləndirmək cəhdlərini problemlə üzləşdirib.

Lula da Silva Trampın müttəfiqi Flavio Bolsonaroya qalib gələrək, dördüncü dəfə Braziliya prezidenti seçilib.“Vaşinqton Post” qəzeti yazıb ki, bu qələbə Latın Amerikasında sağçıların hakimiyyətə gəlmə prosesini dayandırıb və regionun ən böyük iqtisadiyyatının Vaşinqtonun müttəfiqləri sırasına qoşulmasının qarşısını alıb."Financial Times" qəzeti də öz təhlilində Lulanın yenidən prezident seçilməsini ABŞ-nin müdaxiləçi planları üçün ciddi bir maneə kimi qiymətləndirib.Bununla belə, Lula yeni prezidentlik dövründə Konqresdəki mühafizəkarların müqaviməti və iqtisadi çətinliklərlə üzləşəcək.