Avropada enerji böhranı dərinləşir: Qazın qiyməti son 4 ilin ən yüksək həddinə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i423748-avropada_enerji_böhranı_dərinləşir_qazın_qiyməti_son_4_ilin_ən_yüksək_həddinə_çatıb
Avropada enerji ehtiyatlarının azalması və Yaxın Şərqdən qaz tədarükünün pozulması ilə bağlı narahatlıqların artması təbii qazın qiymətini 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb.
(last modified 2026-10-27T12:19:37+00:00 )
Okt 27, 2026 16:18 Asia/Baku
  • Avropada enerji böhranı dərinləşir: Qazın qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

Avropada enerji ehtiyatlarının azalması və Yaxın Şərqdən qaz tədarükünün pozulması ilə bağlı narahatlıqların artması təbii qazın qiymətini 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb.

“Qardian” qəzetinin məlumatına görə, Avropanın topdansatış bazarında qazın qiyməti hər meqavat-saat üçün 97 avroya yüksəlib.Eyni zamanda, Avropanın qaz ehtiyatları son on ildən artıq müddətin ən aşağı səviyyəsinə enib. Hazırda anbarlar cəmi 75 faiz doludur.Havanın soyuması, istiliyə tələbatın artması, eləcə də ABŞ və sionist rejimin İrana qarşı mümkün yeni hücumları ilə bağlı narahatlıqlar enerji bazarındakı gərginliyi daha da artırıb.Ekspertlər xəbərdarlıq edirlər ki, mövcud vəziyyət davam edərsə, Avropa qış ərəfəsində enerji təchizatı böhranı və yaşayış xərclərinin artması ilə üzləşə bilər.