May 25, 2015 20:48 Asia/Baku
  • Amerikada müsəlmanları
    Amerikada müsəlmanları

Amerikadan minlərlə nəfər Baltimor şəhərində başlanan böyük toplantıda bir araya gəlib.

Beynəlxalq Quran xəbər agentliyi(İKNA)-nın «Videonews...us»a istinadlı məlumatına görə, bu konfrans "Həzrət Muhəmməd(s.ə.s)-in anılması və rəhmət peyğəmbərinin ümumdünya müraciətinin tanınması" adı altında keçirilib.
Bütün dünyadan 140 natiq İslamın böyük peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in daha yaxşı tanınması məqsədilə çıxış edəcək.
Bu təşkilatın başçılarının dediklərinə görə, təqribən otuz min müsəlman bu üçgünlük konfransda iştirak etmək istədiyini bildirib.
Amerikanın şimalı üzrə İslam İdarəsinin illik konfransı Amerika müsəlmanlarının ən böyük toplantılarından biridir. Bu konfransın kənarında üç yaş qrupunda ümumölkə Qurani-Kərim müsabiqələri keçirilməkdədir. Müsabiqə iştirakçıları Quranın üç cüzündən birinin hifzi və qiraətində rəqabət aparırlar və qaliblər bağlanış mərasimində mükafatlandırılacaqlar.
Camaat namazı, islami məhsullar sərgisi, gənclər konfransı, təlim emalatxanaları və uşaq əyləncələri bu konfransın kənarında keçirilən tədbirlədəndir.

Teqlər