Amerikada onlarla etirazçı həbs olundu
May 26, 2015 14:07 Asia/Baku
Amerikanın Kaliforniya ştatının Oklend polisi polis zorakılığına etiraz edənlərin etirazlarının 2-ci gecə davam etməsinə sərt reaksiya göstərərək onlarla fəalı həbs edib.
Səhər Beynəlxalq Televiziyasının Yunayted Pressə istinadla verdiyi məlumata görə, Oklend şəhərinin küçələrində etirazların qadağan olunmasına dair bu şəhər meri Libi Şafın göstərişinə etiraz olaraq yüzlərlə etirazçı ötən gecə aksiya keçirib.Merin göstərişinə etiraz əlaməti olaraq çoxlu sayda fəal küçələri tərk etməyib.
Oklenddəki son etirazlar onlarla satış mərkəzi və nəqliyyat vasitəsinə ağır xəsarətlər vurub. Buna görə Oklend meri bir qrup iğtişaşçının qeyri-qanuni hərəkətlərinə toxunaraq istənilən gecə aksiyasını qadağan elan edib.
Etirazçılar aksiyaların keçirilməsinin qarşısının alınmasına dair son siyasətlərin yürüdülməsini Amerika konstitusiyasına zidd hesab ediblər.