May 27, 2015 09:02 Asia/Baku
  • Kabilin mərkəzində silahlılar otel ələ keçirib
    Kabilin mərkəzində silahlılar otel ələ keçirib

Əfqanıstanın paytaxtı Kabildə silahlı dəstə şəhərin mərkəzindəki Vəzir Əkbər Xan diplomatik rayonuna hücum edərək otellərdən birini ələ keçiriblər.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, qeyd olunan rayonda, əsasən, yerli imkanlı şəxslər və əcnəbilər yaşayır və işləyir. Bu rayonda inzibati binalar, səfirliklər və beynəlxalq aeroport var.

Məlumata görə, hazırda polis və silahlılar arasında şiddətli döyüş davam edir. Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Teqlər