May 27, 2015 17:52 Asia/Baku
  • Vladimir Çizov
    Vladimir Çizov

Rusiyanın Avropa Birliyindəki nümayəndəsi deyib ki, Latviya paytaxtındakı Şərq Tərəfdaşlığı İclasının yekun sənədinin mətnində Rusiyanın adı Ukraynaya təcavüz etmiş ölkə kimi qeyd olunub.

ITAR-TASS-ın məlumatına görə, Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Vladimir Çizov bu xəbər agentliyi ilə müsahibədə bildirib ki, Riqa iclasının iştirakçıları Rusiyanın Ukraynaya qarşı təcavüzü ifadəsini işlətməkdən imtina ediblər. Bu termin Brüsseldə Avropa Birliyinin iqamətgahında kəskin surətdə istifadə olunur. Bu iclasda həmçinin Krım yarımadasının Rusiyaya qatılmasını tənqid edən müştərək bəyanat sahəsində razılaşmadan imtina edilib.
Belə bir halda, Avropa Birliyi tərəfindən araşdırılmaq üçün Şərq Tərəfdaşlığı Assambleyasına üzv altı ölkənin ixtiyarına verilmiş bəyanatın ilkin mətnində Krım yarımadasının Rusiyaya qatılması ifadəsindən istifadə edilmişdi. Bundan əlavə, bu ilkin mətndə Rusiyanın Ukraynaya qarşı təcavüzü ifadəsi də işlədilmişdi.

Teqlər