Tibetin dini lideri Myanma müxalifətini müsəlmanlara kömək etməyə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i194288-tibetin_dini_lideri_myanma_müxalifətini_müsəlmanlara_kömək_etməyə_çağırıb
Tibetin dini lideri Myanma müxalifətinin rəhbəri San Suçidən bu ölkədəki Ruhingiya müsəlmanlarına kömək etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2015 10:57 Asia/Baku
  • Dalay Lama
    Dalay Lama

Tibetin dini lideri Myanma müxalifətinin rəhbəri San Suçidən bu ölkədəki Ruhingiya müsəlmanlarına kömək etməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, miqrantların vəziyyətinin acınacaqlı hala çevrilməsinin ardınca, Dalay Lama cümə axşamı günü San Suçidən Nobel sülh mükafatının laureatı olaraq Myanmada Ruhingiya müsəlmanlarının vəziyyətinin yaxşılaşması və onların bu ölkədən köçmələrinin qarşısını almağa çalışmasını istəyib.
Bir çox Ruhingiya müsəlmanı yoxsulluq, zorakılıq və ayrı-seçkilikdən xilas olmaq üçün təhlükəli dəniz səfərləri ilə digər ölkələrə köçür. Halbuki San Suçi indiyə qədər Myanmada müsəlmanların vəziyyəti barədə istənilən açıqlamanı verməkdən çəkinmişdir.
Dəniz vasitəsi ilə qeyri-qanuni mühacirət və bir çox mühacirin dənizdə yoxa çıxması məsələsi qalmaqallı məsələyə çevrilmişdir.