Ukrayna Rusiya yüklərinin Krım yarımadasına daxil olmasının qarşısını aldı
https://azeri.sahartv.ir/news/dünya-i194292-ukrayna_rusiya_yüklərinin_krım_yarımadasına_daxil_olmasının_qarşısını_aldı
Rusiyanın Gömrük İdarəsinin rəisi bildirib: Ukrayna Rusiya yüklərinin Krım yarımadasına daxil olmasının qarşısını alır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2015 15:08 Asia/Baku
  • Krım
    Krım

Rusiyanın Gömrük İdarəsinin rəisi bildirib: Ukrayna Rusiya yüklərinin Krım yarımadasına daxil olmasının qarşısını alır.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya Gömrük İdarəsinin rəisi Vladimir Kolişev bu gün deyib: Ukrayna Rusiyanın Krım yarımadasına dəniz və quru yüklərinin daxil olmasının qarşısını alır və Krımda qeydə alınan hər bir Rusiya və xarici gəminin kapitanını həbs edərək cərimə edir.
Rus rəsmi bildirib: Ukrayna rəsmiləri həmçinin qərara alıblar ki, Krımdan pasport alan vətəndaşların pasportlarını qəbul etməsinlər.
Rusiya Gömrük İdarəsi rəisinin dediyinə görə, Ukrayna qüvvələri Rusiyanın Krım yarımadasında sərhəd fəaliyyətlərinə mane olurlar.
Rusiya 2014-cü il avqust ayından indiyə qədər Şərqi Ukraynaya 28 humanitar yardım karvanı ezam edib.