Ağ Evin sözçüsü Rusiyanı Ukraynada gərginlik yaradan hərəkətlərdə ittiham etdi
https://azeri.sahartv.ir/news/dünya-i194329-ağ_evin_sözçüsü_rusiyanı_ukraynada_gərginlik_yaradan_hərəkətlərdə_ittiham_etdi
Ağ Evin sözçüsü Caş Ernest bir daha Rusiyanı Ukraynada gərginlik yaradan hərəkətlərdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 04:25 Asia/Baku
  • Caş Ernest
    Caş Ernest

Ağ Evin sözçüsü Caş Ernest bir daha Rusiyanı Ukraynada gərginlik yaradan hərəkətlərdə ittiham edib.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Caş Ernest deyib: Bizim Ukraynanın şərqi ilə bağlı nigaranlıqlarımız davam edir. Çünki, hazırda müşahidə etdiyimiz ötən bir il yarım ərzində ruslardan gördüyümüz rəftarlar ilə uyğunluğa malikdir. Onlar dəfələrlə Ukraynanın ərazi bütövlüyünü pozublar.
C.Ernest əlavə edib: dünya ictimaiyyəti bir səslə və təkidlə bildirdi ki, Rusiya qonşu ölkələr o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət etməlidir. Ruslar öz rəftarlarına görə təcrid olunublar. Bu ölkə hökuməti sanksiyalara məruz qalıb və bu məsələ Rusiya iqtisadiyyatına mənfi təsir buraxıb. Rusiya və bu ölkə prezidenti Vladimir Putinin Ukraynada gərginlik yaradan hərəkətlərinin davam etdiyi zamana kimi davam edəcək.
Ağ Evin sözçüsü əlavə edib: 7-lə qrupu Rusiyanın gərginlik yaradan hərəkətlərinə qarşı bir çox işlər görüb və bu istiqamətdə 7-lər qrupunun daha artıq işlər görməsi gözlənilir.