İŞİD Ərəbistan şiələrinin qırğın edilməsini istədi
May 30, 2015 17:08 Asia/Baku
Təkfirçi-terrorçu İŞİD qruplaşması öz tərəfdarlarına ünvanlanmış bir müraciətdə Ərəbistan şiələrinin qırğın edilməsini istəyib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İŞİD internetdə sosial şəbəkələrdə yayımladığı bir audiomüraciətdə şiələri müşrik və mürtəd adlandırıb və onların qətlə yetirilməsini istəyib.İŞİD həmçinin fitnə xarakterli müraciətində Ərəbistanda şiələr əleyhinə törədilən son terror aktlarını alqışlayıb və deyib: Şiələr kafir olduqları üçün yaşamaq haqqına malik deyillər. Bu müraciətdə İbn Teymiyyənin iddialarına istinad edilərək, deyilir: Şiələr yəhudilər və xristianlardan daha təhlükəlidirlər. Buna görə də İŞİD-in xəlifəsinin fərmanına əsasən, şiələr harada olmalarından asılı olmayaraq, qətlə yetirilməlidirlər.
Ötən həftələr ərzində Ərəbistanın Qətif və Dəmam şəhərlərində şiə məscidlərinə edilən terror hücumlarında onlarla nəfər şəhid olub və yaralanıb. Ərəbistan şiələri bu terror aktlarına etiraz olaraq aksiya təşkil edib, Ərəbistan rəsmilərindən dövlət mediaları tərəfindən fitnəyə səbəb olan verilişlər və təbliğatlara son qoyulmasını istəyiblər.