May 30, 2015 19:42 Asia/Baku
  • İran və ABŞ xarici işlər nazirləri Cenevrədə görüşüblər
    İran və ABŞ xarici işlər nazirləri Cenevrədə görüşüblər

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerri Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidtin iştirakı ilə nüvə müzakirələrinin son durumunu dəyərləndirmək üçün bu gün Cenevrədə görüşüblər. İki dövrdə baş tutan görüşlərin detalları hələ ki, açıqlanmayıb.

Digər tərəfdən, İranın baş nüvə müzakirəçisi Abbas İraqçı şənbə günü İran və ABŞ nümayəndə heyətləri arasında müzakirələrin başlanmasından öncə hələ ki, heç bir anlaşmanın əldə olunmadığını deyərək, vurğulayıb: Mübahisələr davam edir və tərəflər əlavə protokolun icrası metodu barədə müzakirələr aparmaqla məşğuldurlar. İraqçı hələ ki, barəsində heç bir həll yolu tapılmayan məsələlərlə bağlı müzakirələr barədə də deyib: Bugünkü müzakirələrin mövzusu elə bu məsələlər olub.
İraqçı daha sonra ümidvarlıq edib ki, bu birgünlük müzakirələrdə İran və 5+1 qrupu arasındakı ixtilaflar üçün həll yolu tapılmış olsun.
İranın baş nüvə müzakirəçisi əlavə edib: İranlı alimlər ilə müsahibəyə və hərbi mərkəzlərdə təftişə icazənin verilməsi məsələsi ümumiyyətlə müzakirəyə qapalıdır. Lakin əlavə protokolda nəzərdə tutulan məsələlərlə bağlı İran və 5+1 qrupu arasında müzakirələr davam edir.

Teqlər